Orta Dəhliz üzərində yerləşmə Azərbaycan üçün əlavə biznes imkanları yaradır
Gündəm
Oxunub: 156
25 Ock 2023 | 14:00
Orta Dəhliz üzərində yerləşmə Azərbaycan üçün əlavə biznes imkanları yaradır
Prezident İlham Əliyev bütün görüşlərində, müsahibə və çıxışlarında Azərbaycanın dünya iqtisadiyyatında, enerji təhlükəsizliyində oynadığı roldan bəhs etmiş və regionda olan mövcud reallıqları səsləndirmişdir. Belə vacib görüşlərdən biri də yanvarın 19-da baş tutan Davos Dünya İqtisadi Forumudur. Prezident İlham Əliyev forum çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. Ölkə prezidenti iclasda çıxışı zamanı bildirib ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Hazırda əlverişli coğrafi mövqe Orta Dəhliz üzərində yerləşən dövlətləri Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirib. Orta Dəhlizin əsas üstünlüyü ondan ibarətdir ki, bütün iştirakçı dövlətlər bu marşrutun funksionallığının artırılmasına güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da daşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır. Orta Dəhlizin funksionallığının artmasında yeni platformada birləşən Azərbaycan, Türkiyə və Qazaxıstan mühüm rol oynayırlar. Dəhlizə daha çox həcmlərdə yüklərin cəlb olunması, həmçinin aşırma infrastrukturunun genişləndirilməsi ilə bağlı Gürcüstanın, Mərkəzi Asiya dövlətlərinin hökumətləri ilə intensiv müzakirələr aparılır və koordinasiyalı fəaliyyət təmin olunur.
Prezident çıxışında bildirib ki, bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyontona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur. Bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq. Bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq. Biznes mühitinin təkmilləşdirilməsi uğurun əsas amillərindən biridir. Bütün ölkələrin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var.

“Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında moderatorun suallarını cavablandıran ölkə başçısı Orta Dəhliz layihəsində Azərbaycanın yeri və rolu barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, bu dəhliz ilk növbədə Azərbaycanın iqtisadiyyatına müsbət təsir edəcək və ölkəmiz xidmət ixracına başlamaqla iqtisadiyyatının şaxələndiriməsinə nail olacaq, Azərbaycan iqtisadiyyatı daim yüksələn xətlə inkişaf edir və edəcəkdir.

Yaşasın Azərbaycan və onun müdrik Prezidenti İlham Əliyev!
Günay Dəmirova,
Bakı şəhəri, 116 nömrəli tam orta məktəbin direktor müavini
17-04-2024, 12:23
Paytaxtın üç rayonunun qaz təchizatında fasilə yaranacaq
17-04-2024, 12:21
Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovadan xəbər var.
12-04-2024, 13:52
MƏN ŞƏHİDƏM
11-04-2024, 19:13
Bakıda daha bir məhkum həbsxanada ölüb.
4-04-2024, 01:47
Martın 4-də saat 08:00-a olan məlumata əsasən ölkə ərazisində şimal-qərb küləyi əsir.
4-04-2024, 01:47
Martın 4-də saat 08:00-a olan məlumata əsasən ölkə ərazisində şimal-qərb küləyi əsir.
4-04-2024, 01:46
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
4-04-2024, 01:43
Kəlbəcərdə zəlzələ olub.
4-04-2024, 01:42
İmtahan saat 11:00-da başlayır.
4-04-2024, 01:40
Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.
4-04-2024, 01:39
Aprelin 5-də axşam şimal və qərb rayonlarından başlayaraq 8-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
4-04-2024, 01:25
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
3-04-2024, 14:56
Havaların dəyişkən keçməsinin səbəbi nədir? - AÇIQLAMA
3-04-2024, 14:55
Bank kartından oğurluq edilib.
3-04-2024, 14:54
Aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
3-04-2024, 14:53
Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun ekspertiza rəyi hazır deyil.
3-04-2024, 01:54
Rusiyanın Sankt-Peterburq şəhərində 10 yaşlı qız döyülərək Rauçfus xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Uşağın öz anası tərəfindən döyüldüyü iddia edilir.
3-04-2024, 01:45
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti artıb.
3-04-2024, 01:26
ABŞ-nin Texas ştatındakı müstəntiqlər 3 yaşlı uşağın bel çantasında təxminən 450 min dollar dəyərində narkotik tapıblar.
2-04-2024, 15:01
YAP-çı deputat Elman Nəsirov maaş və pensiyaların artırılacağı anonsunu verib.
2-04-2024, 14:59
Əhali arasında yüksək qan təzyiqi halları artıb. Yüksək qan təzyiqi ən təhlükəli xəstəliklərdən biri sayılır. O, ürək tutması və beyin qanaması törədə bilər. Bəs bunun səbəbi nədir
2-04-2024, 14:58
Xəbər verdiyimiz kimi, Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində azyaşlını qəsdən öldürməkdə şübhəli bilinən atası - 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan saxlanılıb.
2-04-2024, 14:57
Cənubi Koreyada "Süni Günəş" adlanan KSTAR nüvə reaktoru 48 saniyə ərzində 100 milyon dərəcə Selsi temperaturunda işləyərək dünya rekordu qırıb.
2-04-2024, 00:44
"Cəsur Qəhrəmanlar" kitabının ilk təqdimatı Füzulidə oldu
1-04-2024, 13:31
ŞƏHİDLƏR UNUDULMUR
29-03-2024, 17:31
Sumqayıtda zavodda ölüm hadisəsi baş verib.
26-03-2024, 21:59
Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.