“Şəhid övladlarını öz balalarımdan ayırmıram” - Cəlal Qurbanov
Gündəm
Oxunub: 111
3 Şub 2023 | 20:23
“Şəhid övladlarını öz balalarımdan ayırmıram” - Cəlal Qurbanov
“Fire Land Production”ın təşkilatçılığı, Şahdağ Turizm Mərkəzinin dəstəyi ilə şəhid övladları və yaxınlarının iştirak etdiyi növbəti tədbir baş tutub.

“Qafqazinfo” xəbər verir ki, 2 Fevral - Azərbaycan Gəncləri Günü və məktəblilərin qış istirahəti ilə bağlı şəhid övladlarına həsr olunan tədbir 1-2 fevral tarixlərində keçirilib.

Şəhid övladları və yaxınları Şahdağda olan istirahət mərkəzində istirahət ediblər, bu tarixə özəl olaraq hazırlanmış konsert proqramında tanınmış ulduzlarla bərabər əyləndilər. 2 günlük tədbirdə şəhid övladları və yaxınları üçün Kompleks ərazisinə ekskursiya təşkil edilib, ərazidəki kanat yollarından və atraksionlardan istifadə imkanı yaradılıb, həmçinin onlar üçün müxtəlif əyləncələr, maraqlı oyunlar, musiqili konsert proqramları təşkil edilib,eləcə də xizək sürmə vərdişləri öyrədilib.
“Şəhid övladlarını öz balalarımdan ayırmıram” - Cəlal Qurbanov
Tədbirin təşkilatçısı, “Fire Land Production”ın rəhbəri Cəlal Qurbanov tədbir haqqında bu fikirləri səsləndirib: “Biz şəhid yaxınlarınınn kədərli gözləri gülsün deyə çalışmalıyıq. Mən onların yanında ikən doğmalıq hiss edirəm. Onların atalarının, oğullarının fədakarlığına layiq vətəndaş olmağa çalışıram. Bu xalqın gələcəyi üçün də qəhrəmanlar yetişsin deyə dünənin, bu günün qəhrəmanları uca tutulmalıdır. Hər zaman böyük coşqu, dərin hörmət, bitməz minnətdarlıq hissi ilə şəhid qəhrəmanlarımızın adı əlçatmaz bir zirvədə olacaq. Onların əmanətlərinə sədaqətli olacağıq. Mən şəhid övladlarını öz balalarımdan ayırmıram. Bu gün tədbirlə yanaşı 4 şəhid övladının ad gününü qeyd etdik. Şəhid Ümid Xəncəlovun Ulyana qızı ilə ilk görüşümüz idi, yenə də istiqanlılığı, böyüklərin qucağına sığınması ilə hər kəsi təsirləndirdi. Hüseyn balamız isə polis olmaq istəyini dilə gətirdi. Yeri gəlmişkən, mən bu gün bu işdə bizə dəstək olan Daxili İşlər Nazirliyinin əməkdaşlarına, şəhid əmanətlərini təzimi ilə təsirləndirən polislərimizə, qayğıkeş Şahdağ Turizm Mərkəzinə dərin təşəkkürümü bildirirəm. Şahdağ Turizm Mərkəzi artıq ikinci dəfədir ki, şəhid əmanətlərini böyük hörmətlə qonaq edir. Bundan əlavə, hər zaman şəhidlərimizin ailələrinə diqqət göstərən, onlara həsr olunan layihələri dəstəkləyən Heydər Əliyev Fonduna təşəkkür edirəm. Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, şəhid yaxınlarını diqqətdə saxlamaq hər birimizin borcudur. Biz 2 ildən çoxdur ki, bu borc qarşısında layiqincə sədaqət nümayiş etdirməyə çalışırıq. Nə qədər ki, sağıq, layihələrimiz digər bölgələrdə də davam edəcək.”
17-04-2024, 12:23
Paytaxtın üç rayonunun qaz təchizatında fasilə yaranacaq
17-04-2024, 12:21
Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovadan xəbər var.
12-04-2024, 13:52
MƏN ŞƏHİDƏM
11-04-2024, 19:13
Bakıda daha bir məhkum həbsxanada ölüb.
4-04-2024, 01:47
Martın 4-də saat 08:00-a olan məlumata əsasən ölkə ərazisində şimal-qərb küləyi əsir.
4-04-2024, 01:47
Martın 4-də saat 08:00-a olan məlumata əsasən ölkə ərazisində şimal-qərb küləyi əsir.
4-04-2024, 01:46
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
4-04-2024, 01:43
Kəlbəcərdə zəlzələ olub.
4-04-2024, 01:42
İmtahan saat 11:00-da başlayır.
4-04-2024, 01:40
Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.
4-04-2024, 01:39
Aprelin 5-də axşam şimal və qərb rayonlarından başlayaraq 8-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
4-04-2024, 01:25
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
3-04-2024, 14:56
Havaların dəyişkən keçməsinin səbəbi nədir? - AÇIQLAMA
3-04-2024, 14:55
Bank kartından oğurluq edilib.
3-04-2024, 14:54
Aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
3-04-2024, 14:53
Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun ekspertiza rəyi hazır deyil.
3-04-2024, 01:54
Rusiyanın Sankt-Peterburq şəhərində 10 yaşlı qız döyülərək Rauçfus xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Uşağın öz anası tərəfindən döyüldüyü iddia edilir.
3-04-2024, 01:45
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti artıb.
3-04-2024, 01:26
ABŞ-nin Texas ştatındakı müstəntiqlər 3 yaşlı uşağın bel çantasında təxminən 450 min dollar dəyərində narkotik tapıblar.
2-04-2024, 15:01
YAP-çı deputat Elman Nəsirov maaş və pensiyaların artırılacağı anonsunu verib.
2-04-2024, 14:59
Əhali arasında yüksək qan təzyiqi halları artıb. Yüksək qan təzyiqi ən təhlükəli xəstəliklərdən biri sayılır. O, ürək tutması və beyin qanaması törədə bilər. Bəs bunun səbəbi nədir
2-04-2024, 14:58
Xəbər verdiyimiz kimi, Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində azyaşlını qəsdən öldürməkdə şübhəli bilinən atası - 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan saxlanılıb.
2-04-2024, 14:57
Cənubi Koreyada "Süni Günəş" adlanan KSTAR nüvə reaktoru 48 saniyə ərzində 100 milyon dərəcə Selsi temperaturunda işləyərək dünya rekordu qırıb.
2-04-2024, 00:44
"Cəsur Qəhrəmanlar" kitabının ilk təqdimatı Füzulidə oldu
1-04-2024, 13:31
ŞƏHİDLƏR UNUDULMUR
29-03-2024, 17:31
Sumqayıtda zavodda ölüm hadisəsi baş verib.
26-03-2024, 21:59
Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.