
Vətənpərvər şairəmizi təbrik edirik

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev başda olmaqla veteranlar Nəsibə xanım İsrafilqızını təbrik edir və yeni yaradıcılıq uğurları arzulayırlar.
25 may 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə 8 Mart — Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə başçısı cənab İlham Əliyevin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilən qadınlara medalları təqdim olunub. Medalları xanımlara komitə sədri Bahar Muradova şəxsən özü təqdim edib. «Tərəqqi» medalına layiq görülən xanımlardan biri də vətənpərvər şairə, AYB-nin və AJB-nin, Dünya Azərbaycanlı Yazarlar Qurumunun üzvi, «Qızıl qələm» media mükafatı laureati, BMT Yanında Ümumdünya Sülh Federasiyasının «Sülh səfiri» mükafatçısı, «Məmmd Araz» Xan qızı Natəvan'», «Simurq 2021», «Böyük Zəfər», «Milli Ordu — 100», «Böyük Vətən Müharibəsi — 75», «AVMVÍB -25 xatirə medallarının mükafatçısı, AVMVÍB sədrinin ideoloji işlər üzrə müşaviri, 15 kitabın, 50-a yaxın mahnının müəllifi Nəsib xanım İsrafilqızıdır.
Yaradıcılığının mayası vətəndən, vətənpərvərlikdən ibarət olan Nəsibə xanımın 44 günlük Vətən Müharibəsinə həsr etdiyi «44 nəğmə 44 rəy» adlı ən son çıxan kitabı buna bariz nümunədir. Kitab ictimaiyyət tərəfindən yüksək məmnunluq hissi ilə qarşılanmış və dövlətimiz tərəfindən layiqli qiymətini almışdır. Onu da qeyd edək ki, şairənin Vətənlə bağlı mövzularının bu qədər içdən yazılması təsadüfi deyil. Nəsibə xanım həm qaçqınlıq, həm də köçkünlük taleyi yaşayan yeganə şairədir. Nəsibə xanımın ürəyi vətəniylə döyünən, qələmi ilhamını Azərbaycanın əvəzolunmaz gözəlliklərindən alan bir insandır. O,şeirlərini səsləndirərkən insanın ürəyi riqqətə gəlir. Azərbaycana olan sonsuz sevgisini qələmindən süzülən hərflərin ahəngiylə beyinlərə ötürür.
«Tərəqqi»medalına layiq görülən vətənpərvər şairəni biz də səmimi qəlbdən təbrik edir, ona vətən naminə tutduğu bu şərəfli yolda uğurlar, bol-bol nailiyyətlər arzu edirik. Və ona təbrikimi bir şeirlə yekunlaşdırmaq istəyirəm.
Nəsibə…
Ey vətən qoxulu dağ bənövşəsi,
Ey insanoğlunun cənnət guşəsi,
Qəhrəman yurdumun ucalan səsi,
Bu dünya durduqca, vardır Nəsibə..
Nurlu simasından Günəş utanar,
Qələmi qılıncdır, çox canlar alar
Qəlbi vətən ilə alışıb, yanar
Anadır, bacıdır, yardır Nəsibə.
Əyilməz vicdanı sonsuz ümmandır,
Hər sözü, söhbəti bir asimandır.
Qırılmaz qüruru polad qalxandır,
Xəzan könüllərdə bardır Nəsibə..
Məzluma doğmadır, haqdan yanadır,
Düşməni kəlməylə, sözlə qanadır,
O, Sara Xatundur, Tomris Anadır,
Yay günü xəstəyə qardır Nəsibə..
Qələmi ilhamın vətəndən alır,
Şuşanın qoynunda məskənin salır,
Nəğməylə,şeirlə yaddaşda qalır,
Kamandır,tütəkdir,tardır Nəsibə..
Dünya yaşadıqca, vardır Nəsibə..



30-09-2023, 13:30
ŞƏHİDLƏRİ EHTİRAMLA ANIRIQ
26-09-2023, 18:27
“Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin Qazilərlə bağlı təşkil etdiyi növbəti dördüncü-sonuncu tədbir-QUBA RAYONUNDA DÜZƏNLƏNDİ – QUBALI VƏ QUSARLI QAZİLƏR PROBLEMLƏRDƏN, ONLARI NARAHAT EDƏN MƏSƏLƏLƏRDƏN SÖZ AÇDILAR
26-09-2023, 09:18
VƏTƏN SEVGİSİ QƏLƏMİMDƏ
22-09-2023, 11:13
Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb
22-09-2023, 11:11
"Google Maps"in səhvinə görə adam öldü
22-09-2023, 11:10
Qırmızı səviyyəli maqnit qasırğası XƏBƏRDARLIĞI
19-09-2023, 13:24
Qisasınız alındı igid oğul
17-09-2023, 20:12
Vətənpərvərlik nümunəsi
17-09-2023, 15:39
Bakıda 17 yaşlı qız itkin düşüb
15-09-2023, 16:13
"Volt Azərbaycan"ın fəaliyyəti dayandırıldı
14-09-2023, 18:03
ŞƏKİ RAYONUNDA ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ GÖRÜŞ.
14-09-2023, 16:22
İstirahətdən qayıdan Bakı sakinlərinin zəhərlənmə səbəbi araşdırılır
14-09-2023, 16:21
Bu tarixdən Azərbaycanda yağışlar yağacaq - XƏBƏRDARLIQ
14-09-2023, 16:19
Hamilə qadınlar üçün VACİB MƏSLƏHƏT - İlk gündən...
14-09-2023, 16:17
Hamiləlikdə rast gəlinən ağırlaşmalar - Həkimdən AÇIQLAMA
14-09-2023, 16:16
Azərbaycanda ölüm halı azalıb
14-09-2023, 16:14
İsti havalar bu insanların ÖLÜMÜNƏ səbəb olur
2-09-2023, 18:50
Bu gün Şəhid Elşən Müslümovun Cənnətdəki üçüncü doğum günüdür, 28 yaşı tamam olur-MƏZARI ZİYARƏT OLUNDU, 25 İLLİK QISA, LAKİN ŞƏRƏFLİ ÖMÜR VƏ DÖYÜŞ YOLUNDAN BƏHS EDİLDİ…
31-08-2023, 21:54
Türkiyədə zavodda yanğın oldu: 2 işçi xəstəxanaya yerləşdirildi
31-08-2023, 21:53
Floridada qasırğa nəticəsində 2 nəfər ölüb
31-08-2023, 21:52
"Müqəddəs məzar" sayılan Titanik gəmisi uğrunda ekspedisiya məhkəməlik oldu!
31-08-2023, 21:50
Bakı metrosunun işdən çıxarılan qadın maşinisti sükan arxasında film izləyirmiş
31-08-2023, 21:49
Azərbaycan XİN Nikol Paşinyana cavab verib
31-08-2023, 21:48
Sentyabrın havası - 33° isti...
31-08-2023, 21:46
Bakının bu prospektində sürət həddi endirilib
31-08-2023, 21:44
"Sədərək" ticarət mərkəzində yanğın olub
31-08-2023, 21:41
Tələbə adı qazananların NƏZƏRİNƏ!