Azərbaycan XİN Nikol Paşinyana cavab verib
Gündəm
Oxunub: 7
31 Ağu 2023 | 21:49
Azərbaycan XİN Nikol Paşinyana cavab verib
Avqustun 31-də hökumətin iclasında çıxışı zamanı növbəti dəfə Azərbaycanı "soyqırımı" həyata keçirməkdə təqsirləndirən Ermənistanın baş naziri Nikol Paşinyanın heç bir əsas olmadan bu kəliməni bu qədər ucuzlaşdırması Ermənistanın məsuliyyətsiz manipulyasiya fəaliyyətinin təzahürüdür.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.

Bildirilib ki, ehtiyac olacağı təqdirdə erməni sakinlərə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkətin intensivləşməsi təklifinə qarşı çıxan ermənilərin bəzi nümayəndələrinin təxribatçı addımlarına etiraz etmək əvəzinə, Azərbaycanın erməni sakinləri ac saxladığı ilə təqsirləndirən Baş nazirə xatırlatmaq istərdik ki, hal-hazırda, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş yük maşınları ərazidə Xankəndinə keçidi gözləyir: "Erməni tərəfinin əgər həqiqətən aparılan yüklərə ehtiyacları olsaydı, sülhməramlı kontingent tərəfindən yolun bloklanmasını tələb edərək bu yüklərin əraziyə keçidinə mane olmazdılar. Erməni sakinlərin yanaşması bir daha göstərib ki, Ermənistanın və erməni sakinlərin bəzi nümayəndələrinin "humanitar vəziyyət" ilə bağlı iddiaları siyasi manipulyasiyadan başqa bir şey deyil.

Laçın yolunun birtərəfli qaydada açılması və erməni sakinlərin qovulması planları barədə iddiaya gəldikdə bildirmək istərdik ki, hal-hazırda erməni sakinlərin Laçın sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə keçidinə şərait yaradılır və Azərbaycan tərəfinin bölgədə etnik təmizləmə siyasəti həyata keçirməkdə təqsirləndirilməsi absurddur.

Görünür, 30 ilə yaxın müddətdə nəinki işğal etdiyi Azərbaycan ərazilərindən, hətta 1980-ci illərin sonunadək indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı soyqırımı, kütləvi qırğınlar və etnik təmizləmə həyata keçirən Ermənistan tərəfi hər bir dövlətin eyni yanaşma tətbiq etdiyini və eyni anlayışa sahib olduğunu düşünür.

Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləyən Ermənistan Baş naziri yaxşı olardı ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətini də dəstəkləsin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müdaxilələrdən çəkinsin.

Ümidvarıq ki, Ermənistan tərəfi post-münaqişə dövründə bölgədə formalaşmış reallıqları düzgün qiymətləndirəcək və sülhün bərqərar olunması üçün Azərbaycanla danışıqlarda konstruktiv mövqe sərgiləyəcək".
30-09-2023, 13:30
ŞƏHİDLƏRİ EHTİRAMLA ANIRIQ
26-09-2023, 18:27
“Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin Qazilərlə bağlı təşkil etdiyi növbəti dördüncü-sonuncu tədbir-QUBA RAYONUNDA DÜZƏNLƏNDİ – QUBALI VƏ QUSARLI QAZİLƏR PROBLEMLƏRDƏN, ONLARI NARAHAT EDƏN MƏSƏLƏLƏRDƏN SÖZ AÇDILAR
26-09-2023, 09:18
VƏTƏN SEVGİSİ QƏLƏMİMDƏ
22-09-2023, 11:13
Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb
22-09-2023, 11:11
"Google Maps"in səhvinə görə adam öldü
22-09-2023, 11:10
Qırmızı səviyyəli maqnit qasırğası XƏBƏRDARLIĞI
19-09-2023, 13:24
Qisasınız alındı igid oğul
17-09-2023, 20:12
Vətənpərvərlik nümunəsi
17-09-2023, 15:39
Bakıda 17 yaşlı qız itkin düşüb
15-09-2023, 16:13
"Volt Azərbaycan"ın fəaliyyəti dayandırıldı
14-09-2023, 18:03
ŞƏKİ RAYONUNDA ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ GÖRÜŞ.
14-09-2023, 16:22
İstirahətdən qayıdan Bakı sakinlərinin zəhərlənmə səbəbi araşdırılır
14-09-2023, 16:21
Bu tarixdən Azərbaycanda yağışlar yağacaq - XƏBƏRDARLIQ
14-09-2023, 16:19
Hamilə qadınlar üçün VACİB MƏSLƏHƏT - İlk gündən...
14-09-2023, 16:17
Hamiləlikdə rast gəlinən ağırlaşmalar - Həkimdən AÇIQLAMA
14-09-2023, 16:16
Azərbaycanda ölüm halı azalıb
14-09-2023, 16:14
İsti havalar bu insanların ÖLÜMÜNƏ səbəb olur
2-09-2023, 18:50
Bu gün Şəhid Elşən Müslümovun Cənnətdəki üçüncü doğum günüdür, 28 yaşı tamam olur-MƏZARI ZİYARƏT OLUNDU, 25 İLLİK QISA, LAKİN ŞƏRƏFLİ ÖMÜR VƏ DÖYÜŞ YOLUNDAN BƏHS EDİLDİ…
31-08-2023, 21:54
Türkiyədə zavodda yanğın oldu: 2 işçi xəstəxanaya yerləşdirildi
31-08-2023, 21:53
Floridada qasırğa nəticəsində 2 nəfər ölüb
31-08-2023, 21:52
"Müqəddəs məzar" sayılan Titanik gəmisi uğrunda ekspedisiya məhkəməlik oldu!
31-08-2023, 21:50
Bakı metrosunun işdən çıxarılan qadın maşinisti sükan arxasında film izləyirmiş
31-08-2023, 21:49
Azərbaycan XİN Nikol Paşinyana cavab verib
31-08-2023, 21:48
Sentyabrın havası - 33° isti...
31-08-2023, 21:46
Bakının bu prospektində sürət həddi endirilib
31-08-2023, 21:44
"Sədərək" ticarət mərkəzində yanğın olub
31-08-2023, 21:41
Tələbə adı qazananların NƏZƏRİNƏ!