Bakı metrosunun işdən çıxarılan qadın maşinisti sükan arxasında film izləyirmiş
Gündəm
Oxunub: 4
31 Ağu 2023 | 21:50
Bakı metrosunun işdən çıxarılan qadın maşinisti sükan arxasında film izləyirmiş
Son günlər "Bakı Metropoliteni" QSC-də işdən azad edilən və ya öz istəyi ilə işdən ayrılan maşinist xanım Günay Həbibli ilə bağlı müxtəlif fərziyyələr irəli sürülüb. Mövzu ilə əlaqədar dəqiq olmayan bir sıra informasiyalar cəmiyyətdə çaşqınlıq yaradıb.

Bir işçinin çalışdığı müəssisədən ayrılması normal hadisə olsa da, irəli sürülən fərqli fikirlər bu məsələni gündəmdən düşməyə qoymayıb. Söhbətə aydınlıq gətirilməsi üçün "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni nəsil qatarların idarəetmə kabinələrində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə 2023-cü il mart-aprel aylarında keçirilən növbəti mütəmadi yoxlamalar zamanı qatar maşinisti Günay Həbiblinin idarəetmədən yayınmaqla şəxsi mobil cihazdan istifadə edərək film izlədiyi, mobil telefonla danışıqlar apardığı, sosial medianı izləməsi aşkarlanıb:

"Maşinist 2023-cü il aprel ayının 3-də yol verdiyi ciddi xidməti xətaya görə intizam tənbehinə cəlb edilib. Şəxsi mobil rabitədən istifadə qadağan edildiyi halda, onun bu qaydanı pozması daxil olmaqla, məsələlərin geniş araşdırılmasına səbəb olub. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Bakı metropoliteninin müvafiq normativ aktları və təlimatlarını, prosedur qaydalarını, o cümlədən hərəkət və sərnişin təhlükəsizliyi tələblərini kobud şəkildə pozmuş maşinistin hər hansısa güzəşt tətbiq edilmədən qatar maşinisti vəzifəsindən kənarlaşdırılmasının qaçılmazlığı müəyyən edilib.

Ümumiyyətlə, yol verdiyi nöqsan və xətalara görə Bakı metropolitenində maşinist kimi çalışdığı dövrdə Günay Həbibliyə intizam tənbehi tədbirləri tətbiq edilib. Məlumat üçün qeyd olunmalıdır ki, Bakı metropolitenində hərəkət və sərnişin təhlükəsizliyi ən əsas vəzifə hesab edildiyindən hər bir hadisə, o cümlədən yol verilən hər bir xəta və nöqsanlar fərdi qaydada araşdırılır və müvafiq tədbirlər görülür, ölçülər götürülür. Bu mənada məhz sərnişin təhlükəsizliyi baxımından maşinistlərə heç bir fərq qoyulmadan xüsusi güzəşt və imtiyazlar yolverilməzdir.

2023-cü il may ayının 4-də Günay Həbibli maşinistlikdən azad edilməklə, ona başqa iş təklif olunub. İntizam nizamnaməsinə uyğun olaraq, ciddi nöqsanlara yol verən maşinistlər vəzifədən azad edilərkən, başqa vəzifə və ya peşədə çalışmaları üçün iş təklif edilir. Bununla bağlı bir çox nümunələr göstərmək olar. Günay Həbibliyə daha əvvəllər çalışdığı platforma növbətçisi peşəsi üzrə iş təklif olunsa da, xanım təklif olunan işdən imtina etdiyindən, 2023-cü il iyunun 17-də şəxsi ərizəsinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Mediaya açıqlama və müsahibələrinə əsasən, Günay Həbiblinin səhvlərə yol verməməsi ilə bağlı israrla yayılan məlumatlar əsasında ictimaiyyətdə yarana biləcək çaşqınlıq, işçiyə qərəzli münasibət göstərilməsi ilə bağlı formalaşa biləcək qeyri-obyektiv fikirlərə münasibətdə bildiririk ki, "Bakı Metropoliteni" QSC-də istənilən işçinin sosial vəziyyəti, bir sıra spesifik sahələrdə işçilərin psixoloji durumu və digər məsələlər nəzərə alınaraq diqqətdə saxlanılır, müvafiq dəstək verilir. Bir işçinin, ələlxüsus qatar maşinistlərinin formalaşmasına, peşə qabiliyyətinin yüksəldilməsinə sərf olunan vaxt, çəkilən zəhmət və s. nəzərə alınmaqla, "Bakı Metropoliteni" QSC-nin işçilərə həssas, diqqətli yanaşması ilə bağlı şübhələr tam əsassızdır. Bildiririk ki, Günay Həbibliyə heç bir zaman qərəzli münasibət göstərilməyib, xanımın yol verdiyi nöqsanların aradan qaldırmasına daim şərait yaradılıb, ona bütün mümkün dəstək verilib, işə münasibətini dəyişməsi ilə bağlı şifahi xəbərdarlıqlar edilib.

Son hadisələr Günay Həbiblinin işinə qeyri-ciddi yanaşdığını və müvafiq tədbirlərin qaçılmazlığını göstərib. Tutduğu vəzifə və mövqeyindən asılı olmayaraq, "Bakı Metropoliteni" QSC-də işçilərin fəaliyyəti normativ sənədlərlə tənzimlənir. Bu və digər intizam tədbirləri işçinin sosial və digər mümkün statusuna görə deyil, yalnız hadisə, xəta və nöqsanların müvafiq qaydada təsnifatına uyğun tətbiq edilir".
30-09-2023, 13:30
ŞƏHİDLƏRİ EHTİRAMLA ANIRIQ
26-09-2023, 18:27
“Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin Qazilərlə bağlı təşkil etdiyi növbəti dördüncü-sonuncu tədbir-QUBA RAYONUNDA DÜZƏNLƏNDİ – QUBALI VƏ QUSARLI QAZİLƏR PROBLEMLƏRDƏN, ONLARI NARAHAT EDƏN MƏSƏLƏLƏRDƏN SÖZ AÇDILAR
26-09-2023, 09:18
VƏTƏN SEVGİSİ QƏLƏMİMDƏ
22-09-2023, 11:13
Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb
22-09-2023, 11:11
"Google Maps"in səhvinə görə adam öldü
22-09-2023, 11:10
Qırmızı səviyyəli maqnit qasırğası XƏBƏRDARLIĞI
19-09-2023, 13:24
Qisasınız alındı igid oğul
17-09-2023, 20:12
Vətənpərvərlik nümunəsi
17-09-2023, 15:39
Bakıda 17 yaşlı qız itkin düşüb
15-09-2023, 16:13
"Volt Azərbaycan"ın fəaliyyəti dayandırıldı
14-09-2023, 18:03
ŞƏKİ RAYONUNDA ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ GÖRÜŞ.
14-09-2023, 16:22
İstirahətdən qayıdan Bakı sakinlərinin zəhərlənmə səbəbi araşdırılır
14-09-2023, 16:21
Bu tarixdən Azərbaycanda yağışlar yağacaq - XƏBƏRDARLIQ
14-09-2023, 16:19
Hamilə qadınlar üçün VACİB MƏSLƏHƏT - İlk gündən...
14-09-2023, 16:17
Hamiləlikdə rast gəlinən ağırlaşmalar - Həkimdən AÇIQLAMA
14-09-2023, 16:16
Azərbaycanda ölüm halı azalıb
14-09-2023, 16:14
İsti havalar bu insanların ÖLÜMÜNƏ səbəb olur
2-09-2023, 18:50
Bu gün Şəhid Elşən Müslümovun Cənnətdəki üçüncü doğum günüdür, 28 yaşı tamam olur-MƏZARI ZİYARƏT OLUNDU, 25 İLLİK QISA, LAKİN ŞƏRƏFLİ ÖMÜR VƏ DÖYÜŞ YOLUNDAN BƏHS EDİLDİ…
31-08-2023, 21:54
Türkiyədə zavodda yanğın oldu: 2 işçi xəstəxanaya yerləşdirildi
31-08-2023, 21:53
Floridada qasırğa nəticəsində 2 nəfər ölüb
31-08-2023, 21:52
"Müqəddəs məzar" sayılan Titanik gəmisi uğrunda ekspedisiya məhkəməlik oldu!
31-08-2023, 21:50
Bakı metrosunun işdən çıxarılan qadın maşinisti sükan arxasında film izləyirmiş
31-08-2023, 21:49
Azərbaycan XİN Nikol Paşinyana cavab verib
31-08-2023, 21:48
Sentyabrın havası - 33° isti...
31-08-2023, 21:46
Bakının bu prospektində sürət həddi endirilib
31-08-2023, 21:44
"Sədərək" ticarət mərkəzində yanğın olub
31-08-2023, 21:41
Tələbə adı qazananların NƏZƏRİNƏ!