"Volt Azərbaycan"ın fəaliyyəti dayandırıldı
Gündəm
Oxunub: 19
15 Eyl 2023 | 16:13
"Volt Azərbaycan"ın fəaliyyəti dayandırıldı
"Volt Azərbaycan" MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib.

Bu barədə Axşam.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Qeyd edilib ki, AQTA qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Belə ki, "Volt Azərbaycan" MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları aşkarlanıb. Müəssisənin "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununa zidd olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmadığı, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşındığı, həmin nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmadığı, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri müəyyən olunub.

Aşkarlanmış nöqsanlarla əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, MMC-nin məsul şəxsi barəsində müvafiq tədbir görülüb. Daha sonra isə qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar "Volt Azərbaycan" MMC-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən olunub. Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, tələblər yerinə yetirilmədiyinə görə, cəmiyyətin məsul şəxsi barəsində müvafiq tədbir görülüb.

Göstərilənlərə əsasən, AQTA insanların həyat və sağlamlığının qorunması, istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə bir daha ictimai iaşə müəssisələrinin rəhbərlərini qidaların daşınmasını və istehlakçılara çatdırılmasını yalnız qeydiyyatdan keçmiş və temperatur rejimi təmin olunan avadanlıqlara (nəqliyyat vasitələrinə) malik, qida ilə təmasda olan şəxsləri tibbi müayinədən keçmiş qida subyektləri tərəfindən həyata keçirilməsini təmin etməyə çağırır.
9-12-2023, 22:18
MÜQƏDDƏS ŞƏHİDLİK ZİRVƏSİ
9-12-2023, 07:39
VƏTƏNPƏRVƏR MÜƏLLİM
7-12-2023, 16:31
QƏLBİMİZDƏ YAŞAYANLAR
7-12-2023, 16:15
ZƏFƏR SEVİNCİ
7-12-2023, 13:15
Azərbaycanda dönərxanada partlayış: Xəsarət alanlar var
7-12-2023, 13:14
Sabah hava necə olacaq? - PROQNOZ
7-12-2023, 13:14
Azərbaycanda zəlzələ nə qədər davam edib? - RƏSMİ CAVAB
30-11-2023, 10:46
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
30-11-2023, 10:45
Laçından Zabuxa avtobus marşrutu açılacaq
30-11-2023, 10:44
Qaradağ rayonunda yerləşən 195 nömrəli tam orta məktəbdən şagirdin qızılca xəstəliyinə yoluxaraq dünyasını dəyişməsi ilə bağlı məsələyə münasibət bildirilib.
30-11-2023, 10:43
Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır.
30-11-2023, 10:42
Abşeron-Puta dəmiryolunda qatar qadını vurub.
30-11-2023, 10:41
Peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur
30-11-2023, 10:41
Türkiyəli seysmoloq, professor Naci Görür İstanbulun Silivri rayonu ilə bağlı ciddi xəbərdarlıq edib.
30-11-2023, 10:39
Qızılca xəstəliyi olan uşaq və böyüklər üçün antibiotiklərin profilaktik istifadəsi tövsiyə edilmir".
29-11-2023, 10:55
Sabirabad rayonunda 1997-ci il təvəllüdlü Kənan yetkinlik yaşına çatmayan Ləman (adlar şərti verilib - red.) ilə seksual xarakterli hərəkətlər edib.
29-11-2023, 10:54
Naxçıvan şəhəri 10-cu küçə ərazisində su xəttində qəza baş verib.
29-11-2023, 10:51
Smartfonun ömrünü qısaldan ən yayılmış səhvlərdən biri cihazın düzgün doldurulmamasıdır.
29-11-2023, 10:50
2019-cu ildən bu günə qədər Azərbaycanda 484 uşaq övladlığa verilib
29-11-2023, 10:49
Malayziyanın Penanq əyalətində tikilməkdə olan binanın uçması nəticəsində 3 fəhlə ölüb, 2 işçi isə ağır yaralanıb.
29-11-2023, 10:48
Qananın Böyük Akra bölgəsində leysan yağışlar səbəbindən Dawhenyada suvarma bəndinin daşması nəticəsində meydana gələn seldə yüzlərlə insan didərgin düşüb.
29-11-2023, 10:48
Azərbaycanın Mingəçevir şəhərində zəlzələ olub.
29-11-2023, 09:04
ÖNCƏ VƏTƏNDİR
28-11-2023, 11:03
Artıq əhali hava şəraiti ilə bağlı SMS xəbərdarlıqla məlumat ala biləcək".
28-11-2023, 11:02
Moskva məktəblərindən birində 13 yaşlı şagird tənəffüs zamanı sinif yoldaşları tərəfindən pəncərədən atılıb.
28-11-2023, 11:01
Sakit Okeanda Papua-Yeni Qvineyanın sahillərində zəlzələ olub.
28-11-2023, 11:00
Yaxın on gün ərzində hava kəskin soyumayacaq