
Hamiləlikdə rast gəlinən ağırlaşmalar - Həkimdən AÇIQLAMA

Hamiləlik qadınlar üçün təbii fizioloji bir haldır. Lakin hamiləliyin gedişatında ana və dölün sağlamlığına təhlükə yarada biləcək bəzi ağırlaşmalar baş verə bilər. Bunlara əsasən hamiləlik zamanı qanaxmalar, hamiləlikdə hipertenziv vəziyyətlər, erkən doğuluş, ekstragenital patologiyalar - ürək-damar sistemi xəstəlikləri, böyrək, qaraciyər, endokrin sistemi xəstəlikləri aid edilir".
BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri Zinyət Muradova bildirib.
O əlavə edib ki, hamiləlik zamanı meydana çıxan ağırlaşma hallarının biri də hamiləliyin hipertenziv vəziyyətləridir:
"Hipertenziv vəziyyətlər dedikdə hamiləliyə qədər mövcud olan xroniki hipertenziya və hamiləliyin 20-ci həftəsindən sonra arterial təzyiqin yüksəlməsi, yəni hestasion hipertenziya, ana və dölün həyatı üçün hər hansı bir təhlükə yarada biləcək preeklampsiya və eklampsiya nəzərdə tutulur.
Xroniki hipertenziya dedikdə qadında ayrı-ayrı xəstəliklər nəticəsində yaranan vəziyyət başa düşülür. Əgər arterial təzyiqin yüksəlməsi hamiləliyin 20-ci həftəsindən sonra başlayarsa, bu patologiya sırf hamiləliyin fəsadı kimi qiymətləndirilir.
Preeklampsiyanın yayılma tezliyi 5-7 % təşkil edir. Preeklampsiya poliorqan çatışmazlığına səbəb olaraq böyrəkləri, qaraciyəri, baş beyini, qanın laxtalanma sistemini zədələmiş olur. Eyni zamanda, dölün ana bətnində inkişafının ləngiməsinə səbəb ola bilər.
Eklampsiya isə preeklampsiyanın ağırlaşan forması olaraq beyin pozğunluqları əlamətləri ilə özünü büruzə verir".
9-12-2023, 22:18
MÜQƏDDƏS ŞƏHİDLİK ZİRVƏSİ
9-12-2023, 07:39
VƏTƏNPƏRVƏR MÜƏLLİM
7-12-2023, 16:31
QƏLBİMİZDƏ YAŞAYANLAR
7-12-2023, 16:15
ZƏFƏR SEVİNCİ
7-12-2023, 13:15
Azərbaycanda dönərxanada partlayış: Xəsarət alanlar var
7-12-2023, 13:14
Sabah hava necə olacaq? - PROQNOZ
7-12-2023, 13:14
Azərbaycanda zəlzələ nə qədər davam edib? - RƏSMİ CAVAB
30-11-2023, 10:46
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
30-11-2023, 10:45
Laçından Zabuxa avtobus marşrutu açılacaq
30-11-2023, 10:44
Qaradağ rayonunda yerləşən 195 nömrəli tam orta məktəbdən şagirdin qızılca xəstəliyinə yoluxaraq dünyasını dəyişməsi ilə bağlı məsələyə münasibət bildirilib.
30-11-2023, 10:43
Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır.
30-11-2023, 10:42
Abşeron-Puta dəmiryolunda qatar qadını vurub.
30-11-2023, 10:41
Peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur
30-11-2023, 10:41
Türkiyəli seysmoloq, professor Naci Görür İstanbulun Silivri rayonu ilə bağlı ciddi xəbərdarlıq edib.
30-11-2023, 10:39
Qızılca xəstəliyi olan uşaq və böyüklər üçün antibiotiklərin profilaktik istifadəsi tövsiyə edilmir".
29-11-2023, 10:55
Sabirabad rayonunda 1997-ci il təvəllüdlü Kənan yetkinlik yaşına çatmayan Ləman (adlar şərti verilib - red.) ilə seksual xarakterli hərəkətlər edib.
29-11-2023, 10:54
Naxçıvan şəhəri 10-cu küçə ərazisində su xəttində qəza baş verib.
29-11-2023, 10:51
Smartfonun ömrünü qısaldan ən yayılmış səhvlərdən biri cihazın düzgün doldurulmamasıdır.
29-11-2023, 10:50
2019-cu ildən bu günə qədər Azərbaycanda 484 uşaq övladlığa verilib
29-11-2023, 10:49
Malayziyanın Penanq əyalətində tikilməkdə olan binanın uçması nəticəsində 3 fəhlə ölüb, 2 işçi isə ağır yaralanıb.
29-11-2023, 10:48
Qananın Böyük Akra bölgəsində leysan yağışlar səbəbindən Dawhenyada suvarma bəndinin daşması nəticəsində meydana gələn seldə yüzlərlə insan didərgin düşüb.
29-11-2023, 10:48
Azərbaycanın Mingəçevir şəhərində zəlzələ olub.
29-11-2023, 09:04
ÖNCƏ VƏTƏNDİR
28-11-2023, 11:03
Artıq əhali hava şəraiti ilə bağlı SMS xəbərdarlıqla məlumat ala biləcək".
28-11-2023, 11:02
Moskva məktəblərindən birində 13 yaşlı şagird tənəffüs zamanı sinif yoldaşları tərəfindən pəncərədən atılıb.
28-11-2023, 11:01
Sakit Okeanda Papua-Yeni Qvineyanın sahillərində zəlzələ olub.
28-11-2023, 11:00
Yaxın on gün ərzində hava kəskin soyumayacaq