
ŞƏHİDLƏRİ EHTİRAMLA ANIRIQ

ŞƏHİDLƏRİ EHTİRAMLA ANIRIQ
Şairə Esmira Günəşin Cəlilabad MKS-də təqdimatı olub
Sentyabrın 29-u şairə Esmira Günəş Cəlilabada növbəti səfərini edib. Bu dəfə şəhid Zülfüqar Ataşlının ailəsini ziyarət edən şairə Cəlilabad şəhidləri haqqında məqalələri və şeirlərinin dərc olunduğu "Uğur yolu Tv" jurnalının təqdimatını Cəlilabad rayon Mərkəzi Kitabxanada təşkil edərək digər şəhid ailələri ilə də görüşüb və jurnalları onlara təqdim edib. Tədbirdə rayonun icra nümayəndəsi, mədəniyyət işçiləri, şəhid ailələri ilə yanaşı, qazilər, rayonun ziyalıları və məktəblilər iştirak ediblər. Tədbir şəhidlərin bir dəqiqəlik sükütü və Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq olunduqdan sonra sıra ilə qonaqlar çıxış edib və məktəblilər şairənin şeirlərindən səsləndiriblər.
Bu dəfə jurnalda şəhid Fizuli Həbibi, şəhid Famil Ağaşov, şəhid Elçin İsmayılov, şəhid Məcid Məmmədov, şəhid Nahid Məmmədov, şəhid Fuad Qubadlı, şəhid Orxan Paşazadə,
Şəhid Şamo Kərimov, Şəhid Səyədulla Əhmədov, Şəhid Fərid Hüseynov, Şəhid Təbriz İsayev, Şəhid Rusif Kazımov, Şəhid Kənan İbrahimli, Şəhid Bayram Babaşov, Şəhid Səyyad Ağahüseynəli, Şəhid Kənan Nadirli,
Şəhid Vüsal Əliyev, Şəhid Həsən Dəmirov, Şəhid Mirnağı Şərifov, Şəhid Hüseynalı Nəbiyev, Şəhid Zülfüqar Ataşlı, Şəhid Ayaz Abbasov, Şəhid Rəfail İşiyev, Şəhid Elməddin Vəlişov yer alıb. Tədbirdə hər bir şəhidə həsr olunan şeir səslənib.
Şairə Esmira Günəş şəhid ailələrinə jurnalları təqdim etdikdən sonra tədbirin sonunda şəhid Həsən Dəmirovun qardaşı qızı balaca Zeynəbin ad günü olduğunu bildirərək ona tədbir zamanı sürpriz edib. Balacanın çıxışı zamanı şairənin səhnəyə tortla daxil olması daha sonra isə şəhid Fizuli Həbibinin anası Azadə xanımın Zeynəbə gətirdiyi hədiyyə onu hədsiz sevindirib. Sonda kitabxana əməkdaşı Leyla xanımın şagirdlərinin şəhid analarının hər birinə gül dəstələri verməsi tədbirə xüsusi ahəng qatıb. Şairə xanım tədbir boyu dəfələrlə şəhidlərə dəyər verən, onların tanıdılmasında ailələrinə təsəlli olmağa çalışan hər kəsə, ən əsası da hər dəfə Cəlilabadda tədbirlərin keçirilməsində xüsusi əməyi olan Qənimət xanıma təşəkkür edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşıb.
Esmira xanımma yaradıcılıq uğurları diləyirik.
Uğuryolu
Şəbňəm









9-12-2023, 22:18
MÜQƏDDƏS ŞƏHİDLİK ZİRVƏSİ
9-12-2023, 07:39
VƏTƏNPƏRVƏR MÜƏLLİM
7-12-2023, 16:31
QƏLBİMİZDƏ YAŞAYANLAR
7-12-2023, 16:15
ZƏFƏR SEVİNCİ
7-12-2023, 13:15
Azərbaycanda dönərxanada partlayış: Xəsarət alanlar var
7-12-2023, 13:14
Sabah hava necə olacaq? - PROQNOZ
7-12-2023, 13:14
Azərbaycanda zəlzələ nə qədər davam edib? - RƏSMİ CAVAB
30-11-2023, 10:46
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
30-11-2023, 10:45
Laçından Zabuxa avtobus marşrutu açılacaq
30-11-2023, 10:44
Qaradağ rayonunda yerləşən 195 nömrəli tam orta məktəbdən şagirdin qızılca xəstəliyinə yoluxaraq dünyasını dəyişməsi ilə bağlı məsələyə münasibət bildirilib.
30-11-2023, 10:43
Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır.
30-11-2023, 10:42
Abşeron-Puta dəmiryolunda qatar qadını vurub.
30-11-2023, 10:41
Peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur
30-11-2023, 10:41
Türkiyəli seysmoloq, professor Naci Görür İstanbulun Silivri rayonu ilə bağlı ciddi xəbərdarlıq edib.
30-11-2023, 10:39
Qızılca xəstəliyi olan uşaq və böyüklər üçün antibiotiklərin profilaktik istifadəsi tövsiyə edilmir".
29-11-2023, 10:55
Sabirabad rayonunda 1997-ci il təvəllüdlü Kənan yetkinlik yaşına çatmayan Ləman (adlar şərti verilib - red.) ilə seksual xarakterli hərəkətlər edib.
29-11-2023, 10:54
Naxçıvan şəhəri 10-cu küçə ərazisində su xəttində qəza baş verib.
29-11-2023, 10:51
Smartfonun ömrünü qısaldan ən yayılmış səhvlərdən biri cihazın düzgün doldurulmamasıdır.
29-11-2023, 10:50
2019-cu ildən bu günə qədər Azərbaycanda 484 uşaq övladlığa verilib
29-11-2023, 10:49
Malayziyanın Penanq əyalətində tikilməkdə olan binanın uçması nəticəsində 3 fəhlə ölüb, 2 işçi isə ağır yaralanıb.
29-11-2023, 10:48
Qananın Böyük Akra bölgəsində leysan yağışlar səbəbindən Dawhenyada suvarma bəndinin daşması nəticəsində meydana gələn seldə yüzlərlə insan didərgin düşüb.
29-11-2023, 10:48
Azərbaycanın Mingəçevir şəhərində zəlzələ olub.
29-11-2023, 09:04
ÖNCƏ VƏTƏNDİR
28-11-2023, 11:03
Artıq əhali hava şəraiti ilə bağlı SMS xəbərdarlıqla məlumat ala biləcək".
28-11-2023, 11:02
Moskva məktəblərindən birində 13 yaşlı şagird tənəffüs zamanı sinif yoldaşları tərəfindən pəncərədən atılıb.
28-11-2023, 11:01
Sakit Okeanda Papua-Yeni Qvineyanın sahillərində zəlzələ olub.
28-11-2023, 11:00
Yaxın on gün ərzində hava kəskin soyumayacaq