Gəncədə Vətən müharibəsi zamanı həlak olan mülki şəhidlərin xatirəsi anılıb
Siyasət
Oxunub: 138
18 Ekm 2021 | 23:39
Gəncədə Vətən müharibəsi zamanı həlak olan mülki şəhidlərin xatirəsi anılıb
Gəncədə Vətən müharibəsi zamanı həlak olan mülki şəhidlərin xatirəsi anılıb

Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə ballistik raket hücumlarının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, parlamentin komitə sədri Musa Quliyev, deputat Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov,Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, din xadimləri və şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə Gəncə terrorunun qurbanlarının xatirəsi yad edilib.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, Vətən müharibəsinin başladığı ilk günlərdən Ermənistan qeyri-qanuni üsullarla, qadağan olunmuş silahlardan istifadə edərək döyüş bölgəsindən uzaqda yerləşən yaşayış massivlərini, mülki şəhərləri, xüsusi ilə də Gəncəni bombalayıb. Lakin Azərbaycan Ordusu həm gəncəlilərin, həm də həlak olmuş digər mülki şəxslərin qisasını Ermənistan ordusuna sarsıdıcı zərbələr vuraraq alıb. Ordumuz bununla tamamilə fərqli döyüş əxlaqı, hərbi mənəviyyat nümayiş etdirib.

Çıxış edənlər Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi qırğınlardan danışıb, bu terrorun şəhər sakinlərini qorxutmadığını bildiriblər.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutublar. Azərbaycanın ikinci böyük şəhəri raket və ağır artilleriya hücumlarına məruz qalıb. Aralarında qadın və uşaqlar da olmaqla mülki şəxslər həlak olub və yaralanıblar. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə külli miqdarda ziyan dəyib.

Sonra iştirakçılar həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağılan ərazilərə tər çiçəklər düzüblər, həlak olan dinc sakinlərin ruhlarına dualar oxunub.

Uguryolu.Az

Aygün Məmmədova
Bugün, 17:31
Sumqayıtda zavodda ölüm hadisəsi baş verib.
26-03-2024, 21:59
Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
26-03-2024, 21:58
ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis 14 yaşından kiçik uşaqların sosial media hesablarına malik olmasını qadağan edən, 14 və 15 yaşlı uşaqlara isə valideynlərinin icazəsi ilə hesab açmağa icazə verən qanunu imzalayıb.
26-03-2024, 21:57
ABŞ-nin Merilend ştatının Baltimor şəhərinin bəzi məhəllələrində atılmış evlər şəhər sakinlərinə hər biri 1 dollardan başlayan qiymətlərlə satılacaq.
26-03-2024, 21:56
Banan çoxlarının sevdiyi meyvədir. Onu öz cinsindən olan plantainlə tez-tez qarışıq salırlar.
26-03-2024, 21:54
Sabah Ramazan ayının 17-ci günüdür.
26-03-2024, 21:53
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib
25-03-2024, 22:05
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanı Milli Gün münasibətilə təbrik edib.
25-03-2024, 22:04
Azərbaycanda kişi həyat yoldaşına 5 bıçaq zərbəsi endirib.
25-03-2024, 22:03
Bakının Babək prospektində doqquzuncu mərtəbənin eyvanından yıxılan Rauf Aydazadə həyatını itirib.
25-03-2024, 22:02
İlin ilk Ay tutulması başa çatıb.
25-03-2024, 22:01
Bakıda və Abşeron yarımadasında martın 26-da gündüz qısa müddətə cənub-qərb küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
25-03-2024, 22:00
Martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terror aktından sonra "Vegas Crocus City", "Vegas Kuntsevo" və "Vegas Kaşirskoye" ticarət və əyləncə mərkəzləri müvəqqəti olaraq bağlanıb.
25-03-2024, 00:46
Sabah Ramazan ayının 16-cı günüdür.
24-03-2024, 23:30
İspaniya Ali Məhkəməsi teleqramın messencerinin ölkədə fəaliyyətini dayandırmaq qərarına gəlib.
24-03-2024, 23:29
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) uzaq məsafələrə yük və sərnişin daşıyan sürücülərə müraciət edib.
24-03-2024, 22:12
Xəzər dənizində zəlzələ olub.
24-03-2024, 22:11
Publika.az xəbər verir ki, neyron şəbəkə artıq "Android" tətbiqinin beta versiyasında görünüb.
24-03-2024, 22:09
Ölkə ərazisində martın 25-də gözlənilən hava şəraiti açıqlanıb.
24-03-2024, 22:07
Hindistanın Madhya-Pradeş ştatında bəy ona motosiklet və qızıl zəncir hədiyyə almadığı üçün toyunu ləğv edib.
24-03-2024, 22:06
Rusiyada terror aktının törədildiyi "Crocus City Hall"un bərpası planlaşdırılır.
23-03-2024, 23:27
Faktiki hava açıqlanıb.
23-03-2024, 23:26
Sumqayıtda hamilə qadın ölüb.
23-03-2024, 23:25
Martın 24-də gözlənilən hava şəraiti açıqlanıb.
23-03-2024, 23:23
Bu gün magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Sabunçu rayonunun bir hissəsinə suyun verilməsi dayanıb.
23-03-2024, 23:21
Bişmiş qarğıdalının orqanizmə 12 faydası – Bu xəstəliklərdə effektivdir
23-03-2024, 22:13
Martın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq rayonlarda qar yağıb.