Milli Məclisin sədri Sahibə Qafarova NATO nümayəndə heyəti ilə görüşüb
Siyasət
Oxunub: 162
18 Ekm 2021 | 23:58
Milli Məclisin sədri Sahibə Qafarova NATO nümayəndə heyəti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova NATO nümayəndə heyəti ilə görüşüb

Oktyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin siyasi və təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin sədri qonaqları salamlayaraq, Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramında fəal iştirak etdiyini söyləyib. O bildirib ki, ötən müddət ərzində əməkdaşlığımız uğurla inkişaf edib. Spiker vurğulayıb ki, Azərbaycan beynəlxalq sülhün qorunmasına öz töhfəsini verir, təşkilata assosiativ üzv kimi NATO-nun sülhyaratma missiyalarında fəal iştirak edir. Azərbaycan Prezidentinin vurğuladığı kimi, NATO-nun sülhməramlı əməliyyatlarında iştirak əməkdaşlığımızın mühüm tərkib hissəsidir. Bu baxımdan NATO əsgərləri ilə çiyin-çiyinə Əfqanıstanda azərbaycanlı əsgərlərin son günədək xidmətini xüsusi qeyd etmək lazımdır. Azərbaycan NATO-nun Qadınlar, sülh və təhlükəsizlik proqramı çərçivəsində də fəaldır.

Azərbaycan Milli Məclisinin NATO Parlament Assambleyası ilə əlaqələri haqqında danışan spiker Sahibə Qafarova deyib ki, təşkilatla sıx əməkdaşlığımız mövcuddur. Milli Məclisin nümayəndə heyəti təşkilatın sessiyalarında və seminarlarında iştirak edir.

Görüşdə Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfər barədə məlumat verən Milli Məclisin sədri bildirib ki, 30 ilə yaxın müddətdə Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayıb. Ötən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu öz gücü ilə torpaqlarını işğaldan azad edərək, BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı qətnamələrini həyata keçirib. Spiker deyib ki, bu gün artıq Qarabağ münaqişəsi tarixə qovuşub. Ölkəmiz hazırda Qarabağda quruculuq və bərpa işləri aparır, hava limanları, yollar, körpülər, digər infrastruktur obyektləri qurur. Azərbaycan regionda sülh və əmin-amanlığın bərpa olunmasını istəyir. Ermənistan isə yenə təxribatlara əl atmaqda davam edir. O, deyib ki, 10 noyabr bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Söhbətdə Azərbaycana ilk dəfə səfər etdiyini söyləyən NATO Baş katibinin siyasi və təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Milli Məclisin sədrinə “Müstəqilliyin bərpası günü” münasibəti ilə təbriklərini çatdırıb, ölkəmizdə gördüyü inkişafdan məmnunluğunu ifadə edib. O, bildirib ki, pandemiya səbəbindən səfərlərin həyata keçirilməsində çətinliklər yaransa da, onun regiona bu səfəri NATO Baş katibinin tapşırığı ilə həyata keçirilir. Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində iştirakına görə təşəkkür edən qonaq təşkilata assosiativ üzv olan Azərbaycanla əməkdaşlığa böyük önəm verildiyini diqqətə çatdırıb. O, Azərbaycanla təmsil etdiyi qurum arasında münasibətləri yüksək dəyərləndirib.

Görüşdə Milli Məclisin NATO PA-da nümayəndə heyətinin başçısı, parlamentin komitə sədri Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Uguryolu.Az

Aygün Məmmədova
17-04-2024, 12:23
Paytaxtın üç rayonunun qaz təchizatında fasilə yaranacaq
17-04-2024, 12:21
Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovadan xəbər var.
12-04-2024, 13:52
MƏN ŞƏHİDƏM
11-04-2024, 19:13
Bakıda daha bir məhkum həbsxanada ölüb.
4-04-2024, 01:47
Martın 4-də saat 08:00-a olan məlumata əsasən ölkə ərazisində şimal-qərb küləyi əsir.
4-04-2024, 01:47
Martın 4-də saat 08:00-a olan məlumata əsasən ölkə ərazisində şimal-qərb küləyi əsir.
4-04-2024, 01:46
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
4-04-2024, 01:43
Kəlbəcərdə zəlzələ olub.
4-04-2024, 01:42
İmtahan saat 11:00-da başlayır.
4-04-2024, 01:40
Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.
4-04-2024, 01:39
Aprelin 5-də axşam şimal və qərb rayonlarından başlayaraq 8-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
4-04-2024, 01:25
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
3-04-2024, 14:56
Havaların dəyişkən keçməsinin səbəbi nədir? - AÇIQLAMA
3-04-2024, 14:55
Bank kartından oğurluq edilib.
3-04-2024, 14:54
Aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
3-04-2024, 14:53
Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun ekspertiza rəyi hazır deyil.
3-04-2024, 01:54
Rusiyanın Sankt-Peterburq şəhərində 10 yaşlı qız döyülərək Rauçfus xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Uşağın öz anası tərəfindən döyüldüyü iddia edilir.
3-04-2024, 01:45
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti artıb.
3-04-2024, 01:26
ABŞ-nin Texas ştatındakı müstəntiqlər 3 yaşlı uşağın bel çantasında təxminən 450 min dollar dəyərində narkotik tapıblar.
2-04-2024, 15:01
YAP-çı deputat Elman Nəsirov maaş və pensiyaların artırılacağı anonsunu verib.
2-04-2024, 14:59
Əhali arasında yüksək qan təzyiqi halları artıb. Yüksək qan təzyiqi ən təhlükəli xəstəliklərdən biri sayılır. O, ürək tutması və beyin qanaması törədə bilər. Bəs bunun səbəbi nədir
2-04-2024, 14:58
Xəbər verdiyimiz kimi, Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində azyaşlını qəsdən öldürməkdə şübhəli bilinən atası - 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan saxlanılıb.
2-04-2024, 14:57
Cənubi Koreyada "Süni Günəş" adlanan KSTAR nüvə reaktoru 48 saniyə ərzində 100 milyon dərəcə Selsi temperaturunda işləyərək dünya rekordu qırıb.
2-04-2024, 00:44
"Cəsur Qəhrəmanlar" kitabının ilk təqdimatı Füzulidə oldu
1-04-2024, 13:31
ŞƏHİDLƏR UNUDULMUR
29-03-2024, 17:31
Sumqayıtda zavodda ölüm hadisəsi baş verib.
26-03-2024, 21:59
Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.