21 fevral - Beynəlxalq Ana Dili Günüdür
Gündəm
Oxunub: 111
21 Şub 2022 | 15:28
21 fevral - Beynəlxalq Ana Dili Günüdür
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan dörd tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur.

Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.
Dün, 22:34
Başınız sağ olsun
Dün, 20:15
“Təkcə ata-bala deyildik, həm də dost, sirdaş idik…Atam mənim idealım idi”-BU SÖZLƏRİ RAZİYƏ KAMİLQIZININ TANINMIŞ HƏKİM AYDIN ƏLİYEVƏ HƏSR ETDİYİ “ÖMÜR VƏFA ETSƏYDİ” KİTABININ TƏQDİMATINDA MƏRHUMUH QIZI AYNUR ƏLİYEVA DİLƏ GƏTİRDİ
17-05-2024, 12:28
Bakıda itkin düşən gənclər tapılıb.
16-05-2024, 15:23
VƏTƏN SİZİ UNUTMADI
8-05-2024, 23:38
Xəbər verdiyimiz kimi, bu gün İsveçin Malmö şəhərində "Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.
8-05-2024, 23:31
Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mayın 8-də Şəhidlər xiyabanını ziyarət edib.
8-05-2024, 23:30
ABŞ-da 4 körpəsini donduran 69 yaşlı qadın həbsxanadan qaçıb.
8-05-2024, 23:29
WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir.
8-05-2024, 23:28
Rusiyanın Moskva şəhərində 15 yaşlı yeniyetmə 9-cu mərtəbədən yıxılıb
8-05-2024, 23:27
ABŞ-ın Viskonsin ştatında orta məktəb müəllimi 11 yaşlı şagirdə təcavüz etməkdə ittiham olunub.
8-05-2024, 23:26
platformasının satışı və ya qadağan edilməsi ilə bağlı qanun layihəsinə görə ABŞ hökumətinə qarşı iddia qaldırıb.
7-05-2024, 23:40
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyaya səfərə dəvət olunub.
7-05-2024, 23:37
Məşhur aktrisa Türkan Şorayın səhhətində problem yaranıb.
7-05-2024, 23:35
Keşlə bazarının söküntüsü həyata keçiriləcək.
7-05-2024, 23:34
Sosial şəbəkələrdə Bakı funikulyorunun sərnişinlərindən adambaşına 2 manat gediş haqqı alındığına dair məlumat yayılıb.
7-05-2024, 23:32
Azərbaycanda müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər.
6-05-2024, 23:59
Azərbaycanda Məhərrəmlik ayının başlanacağı tarix açıqlanıb.
6-05-2024, 23:58
Mayın 7-də gözlənilən hava şəraiti açıqlanıb
6-05-2024, 23:56
COP29-la bağlı iki xəstəxana ayrılıb
6-05-2024, 23:55
"Dörd yaşdan kiçik uşaqların foto və videosunu paylaşmaq qadağan edilməli və bunu edənlər cərimələnməlidir".
6-05-2024, 23:52
Dünyanın ən zəngin 10 ölkəsi - 2024-cü il reytinqi
6-05-2024, 23:50
Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir.
5-05-2024, 00:08
Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş - ARAŞDIRMA
5-05-2024, 00:07
Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib.
5-05-2024, 00:05
Martın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
5-05-2024, 00:03
Bərdə rayonunda yanğın hadisəsi baş verib.
5-05-2024, 00:02
Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb.