Qaradağ rayonunda yerləşən 195 nömrəli tam orta məktəbdən şagirdin qızılca xəstəliyinə yoluxaraq dünyasını dəyişməsi ilə bağlı məsələyə münasibət bildirilib.
Gündəm
Oxunub: 25
30 Kas 2023 | 10:44
Qaradağ rayonunda yerləşən 195 nömrəli tam orta məktəbdən şagirdin qızılca xəstəliyinə yoluxaraq dünyasını dəyişməsi ilə bağlı məsələyə münasibət bildirilib.
Qaradağ rayonunda yerləşən 195 nömrəli tam orta məktəbdən şagirdin qızılca xəstəliyinə yoluxaraq dünyasını dəyişməsi ilə bağlı məsələyə münasibət bildirilib.

Oxu.Az-ın sorğusuna cavab olaraq məktəbdən bildirilib ki, sözügedən şagirdin qızılca xəstəliyinə yoluxması ilə bağlı aidiyyəti quruma məlumat verilib və həmin gün şagird dərs prosesində iştirak etməyib:

"Valideynlər övladlarının səhhətində yaranan problemlərlə əlaqədar təhsil müəssisəsinə müraciət ediblər. Müraciətə əsasən məktəb rəhbərliyi tərəfindən 24.11.2023-cü il tarixində Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə (GEM) məlumat verilib.

Məsələ ilə əlaqədar Qaradağ rayonu GEM-in işçi qrupu məktəblə sıx əməkdaşlıq aparır. Yoluxma sayına gəldikdə isə ekspertiza və müayinələrdən sonra aidiyyəti qurumlar tərəfindən müvafiq açıqlama veriləcək.

Qeyd edək ki, məktəbin IV sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 27 noyabr tarixindən dərs prosesində iştirak etməyib. Valideyn övladının qızılca xəstəliyinə yoluxduğunu bildirib. Şagird 30.11.2023-cü il tarixində dünyasını dəyişib.

Ümumi təhsil müəssisəsindən müvafiq məlumatlar operativ olaraq aidiyyəti qurumlara verilir və həmin dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilir".

13:49

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Bakıda qızılca xəstəliyindən vəfat edən uşaqla bağlı açıqlama verilib.

Qurumdan Oxu.Az-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci kilometr ünvanından 30.11.2023-cü il tarixində 04:26-da çağırış daxil olub:

"Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, patoloji-anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür".

12:12

Bakıda şagird qızılca xəstəliyindən vəfat edib.

Bu barədə məktəbin direktoru Laçın Hüseynli sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirilib ki, 195 saylı tam orta məktəbdə qızılcaya yoluxan bir şagird dünyasını dəyişib:

"Artıq bir övladımızı qızılca xəstəliyinə görə itirdik. Çox təəssüf. Allah valideynlərinə səbir versin. Ölkədə tibb sahəsində kadr çatışmazlığı varmı? Artıq iki ildir ki, məktəb üçün tibb bacısı tələb edirik. Üç növbəli məktəbin bir həkimi yoxdur. Son beş gündə 200-dən çox yoluxma var".

Qeyd edək ki, bir neçə gün əvvəl Kürdəmirdə də qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı vəfat edib.
1-03-2024, 22:40
Bakıda valideyn övladının sinif yoldaşının anası tərəfindən zorakılığa məruz qaldığını deyir.
1-03-2024, 22:38
Yoluxucu virus infeksiyası olan qızılca, xüsusilə uşaqlar arasında ciddi sağlamlıq riski yaradır.
1-03-2024, 22:36
Yakutiya Respublikasında Rusiya Silahlı Qüvvələrinin əfv edilmiş keçmiş üzvü 2 nəfəri vəhşicəsinə öldürməkdə şübhəli bilinir.
25-02-2024, 23:02
Ailənin üç oğlan övladından biri, ali təhsilini yarımçıq qoyub Vətənin müdafiəsinə yollanan və 1993-cü ildə-cəmi 19 yaşında Şəhid olan-ELŞAD ƏLİYEVİN BU GÜN 49 YAŞI TAMAM OLUR
22-02-2024, 21:54
YURD HƏSRƏTLİ MÜƏLLİM
21-02-2024, 20:13
İngiltərədə təmizlikçi xanım konfransdan sonra qalan sendviçi yediyi üçün işdən qovulub.
21-02-2024, 20:12
Tanınmış seysmoloq Naci Görür İstanbulda 7 baldan artıq zəlzələ olacağını açıqlayıb.
19-02-2024, 18:02
Esmira Günəşin Dilman kəndində kitab təqdimatı keçirilib
18-02-2024, 18:04
KƏRKİCAHAN ANA VƏTƏNİM
18-02-2024, 17:22
Xəzər dənizində 3,4 maqnitudada zəlzələ qeydə alınıb.
18-02-2024, 17:18
Yerli vaxtla saat 16:46-da Xəzər dənizində 3,2 maqnitudada ikinci zəlzələ qeydə alınıb.
18-02-2024, 17:17
Bu ilin yanvar ayında Azərbaycan 1 074 ton süd və qaymaq idxal edib.
16-02-2024, 21:52
Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən "Sevgililər" parkında ucadan qışqıran şəxs həbs edilib.
16-02-2024, 21:51
Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırıb.
15-02-2024, 16:12
Prezident İlham Əliyev Aviasiya haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
15-02-2024, 16:11
Pakistanda keçirilən yeniyetmələr arasında tennis turniri faciəvi xəbərlərlə yadda qalıb.
15-02-2024, 16:10
Bu ərazilərdə siqaret çəkənlər 30 AZN cərimələnəcəklər
15-02-2024, 16:09
Sabahkı hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər.
11-02-2024, 04:31
Ucar rayonunun antiterror Şəhidi Hüseyn Əli oğlu Mustafayevin doğum günüdür.
6-02-2024, 13:55
"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
6-02-2024, 13:53
Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edib.
1-02-2024, 17:38
Bu ilin yanvar ayında Azərbaycanda uşaqlara ən çox Hüseyn və Məryəm adları verilib.
1-02-2024, 17:37
Bərdədə vətəndaşı özünü öldürmə həddinə çatdırma faktı ilə bağlı cinayət işi başlanıb.
1-02-2024, 17:36
İngiltərədə 285 yaşlı limon hərracda satılıb.
1-02-2024, 17:34
Bakıda şagird qızılcadan ölüb
23-01-2024, 17:41
2023-cü il ərzində respublika ərazisində 44 partlayış hadisəsi baş verib.
23-01-2024, 17:40
Bu il Şuşada "İslam ölkələrinin ortaq süfrəsi" festivalı keçiriləcək.