Sabirabad rayonunda 1997-ci il təvəllüdlü Kənan yetkinlik yaşına çatmayan Ləman (adlar şərti verilib - red.) ilə seksual xarakterli hərəkətlər edib.
Gündəm
Oxunub: 21
29 Kas 2023 | 10:55
Sabirabad rayonunda 1997-ci il təvəllüdlü Kənan yetkinlik yaşına çatmayan Ləman (adlar şərti verilib - red.) ilə seksual xarakterli hərəkətlər edib.
Sabirabad rayonunda 1997-ci il təvəllüdlü Kənan yetkinlik yaşına çatmayan Ləman (adlar şərti verilib - red.) ilə seksual xarakterli hərəkətlər edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Kənan 22 sentyabr 2021-ci ildən 13 fevral 2022-ci ilədək olan müddət ərzində 16 yaşına çatmayan Ləmanla evlənmək niyyəti ilə yaşadığı Sabirabad rayonunun kəndlərindən birində yaşadığı evdə cinsi əlaqəyə girib.

Kənanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, zərərçəkmiş Ləmanı tanıyır:

"Ləman mənim bibim nəvəsi olmaqla hazırda həyat yoldaşımdır. 2021-ci ilin yanvar ayından etibarən Ləmanla sevgi münasibətində olmuşuq. Nəticədə həmin il yanvarın 12-də Ləmanla nişan mərasimimiz oldu".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Ləmanla 2021-ci ilin sentyabrın 22-də ailə həyatı qurub:

"Həmin tarixdə Şirvan şəhərində yerləşən "Tural" şadlıq sarayında bizim toy məclislərimiz oldu. Ləman 2006-cı il təvəllüdlü olmaqla 15 yaşının olduğunu mənə özü dedi. Ləmanla ailə həyatı qurduqdan sonra Sabirabad rayonunda yerləşən evdə yaşamağa başladıq. Ləmanla 22 sentyabr 2021-ci il tarixdən bu günə qədər faktiki olaraq ər-arvad münasibətində yaşamışam və ər-arvad kimi mütəmadi cinsi əlaqədə olmuşuq".

Təqsirləndirilən şəxs deyib ki, bu münasibət nəticəsində 16 yaşına çatmayan Ləman 12 avqust 2022-ci ildə hamilə olduğu üçün onu Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasına aparıblar:

"Avqustun 13-də Ləman qız uşağı dünyaya gətirdi. Mən ata oldum".

Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Kənanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Ona iki il sınaq müddəti olmaqla bir il şərti cəza təyin edilib.
1-03-2024, 22:40
Bakıda valideyn övladının sinif yoldaşının anası tərəfindən zorakılığa məruz qaldığını deyir.
1-03-2024, 22:38
Yoluxucu virus infeksiyası olan qızılca, xüsusilə uşaqlar arasında ciddi sağlamlıq riski yaradır.
1-03-2024, 22:36
Yakutiya Respublikasında Rusiya Silahlı Qüvvələrinin əfv edilmiş keçmiş üzvü 2 nəfəri vəhşicəsinə öldürməkdə şübhəli bilinir.
25-02-2024, 23:02
Ailənin üç oğlan övladından biri, ali təhsilini yarımçıq qoyub Vətənin müdafiəsinə yollanan və 1993-cü ildə-cəmi 19 yaşında Şəhid olan-ELŞAD ƏLİYEVİN BU GÜN 49 YAŞI TAMAM OLUR
22-02-2024, 21:54
YURD HƏSRƏTLİ MÜƏLLİM
21-02-2024, 20:13
İngiltərədə təmizlikçi xanım konfransdan sonra qalan sendviçi yediyi üçün işdən qovulub.
21-02-2024, 20:12
Tanınmış seysmoloq Naci Görür İstanbulda 7 baldan artıq zəlzələ olacağını açıqlayıb.
19-02-2024, 18:02
Esmira Günəşin Dilman kəndində kitab təqdimatı keçirilib
18-02-2024, 18:04
KƏRKİCAHAN ANA VƏTƏNİM
18-02-2024, 17:22
Xəzər dənizində 3,4 maqnitudada zəlzələ qeydə alınıb.
18-02-2024, 17:18
Yerli vaxtla saat 16:46-da Xəzər dənizində 3,2 maqnitudada ikinci zəlzələ qeydə alınıb.
18-02-2024, 17:17
Bu ilin yanvar ayında Azərbaycan 1 074 ton süd və qaymaq idxal edib.
16-02-2024, 21:52
Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən "Sevgililər" parkında ucadan qışqıran şəxs həbs edilib.
16-02-2024, 21:51
Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırıb.
15-02-2024, 16:12
Prezident İlham Əliyev Aviasiya haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
15-02-2024, 16:11
Pakistanda keçirilən yeniyetmələr arasında tennis turniri faciəvi xəbərlərlə yadda qalıb.
15-02-2024, 16:10
Bu ərazilərdə siqaret çəkənlər 30 AZN cərimələnəcəklər
15-02-2024, 16:09
Sabahkı hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər.
11-02-2024, 04:31
Ucar rayonunun antiterror Şəhidi Hüseyn Əli oğlu Mustafayevin doğum günüdür.
6-02-2024, 13:55
"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
6-02-2024, 13:53
Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edib.
1-02-2024, 17:38
Bu ilin yanvar ayında Azərbaycanda uşaqlara ən çox Hüseyn və Məryəm adları verilib.
1-02-2024, 17:37
Bərdədə vətəndaşı özünü öldürmə həddinə çatdırma faktı ilə bağlı cinayət işi başlanıb.
1-02-2024, 17:36
İngiltərədə 285 yaşlı limon hərracda satılıb.
1-02-2024, 17:34
Bakıda şagird qızılcadan ölüb
23-01-2024, 17:41
2023-cü il ərzində respublika ərazisində 44 partlayış hadisəsi baş verib.
23-01-2024, 17:40
Bu il Şuşada "İslam ölkələrinin ortaq süfrəsi" festivalı keçiriləcək.