"Nikosayağı"nın məhkəmə iclası niyə qapalı keçirilib?
Gündəm
Oxunub: 89
23 Ock 2024 | 17:38
"Nikosayağı"nın məhkəmə iclası niyə qapalı keçirilib?
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nikosayağı" kimi tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə iclası qapalı olduğu üçün hər hansı bir məlumat əldə etmək mümkün olmayıb.

Məhkəmə iclasının qapalı keçirilməsinin səbəbi isə açıqlanmayıb. Mülki Prosessual Məcəlləyə əsasən, hakim məhkəmənin qapalı keçirilməsini əsaslandırmalıdır. Bunun edilmədiyi təqdirdə suallar yaranır: Hansı hallarda məhkəmə iclası jurnalistlərə qapalı keçirilə bilər? İstənilən məhkəmə prosesini qapalı keçirmək olarmı?

Tanınmış hüquqşünas, vəkil Əkrəm Həsənov Oxu.Az-a açıqlamasında bildirib ki, məhkəmə iclasları, Konstitusiyaya görə, açıq keçirilir.

"Məhkəmə iclasları, Konstitusiyaya görə, açıq keçirilir. Həm mətbuat, həm də istənilən şəxs məhkəmə iclasında iştirak edə bilər. Videoçəkilişə, audioyazıya isə hakimin icazəsi lazımdır. Hakim videoçəkilişə və audioyazıya icazə verməyə də bilər, amma onu əsaslandırmaq şərti ilə.

İclaslar yalnız üç halda qapalı keçirilə bilər: dövlət sirri, ailə sirri və kommersiya sirri olanda. Təcrübədə, adətən, ailə məsələləri olanda qapalı edirlər iclasları. "Nikosayağı" deyilən bloqerin məhkəməsinin qapalı keçirilməsini doğru hesab etmirəm. Çünki burada nə dövlət, nə kommersiya, nə də ailə sirri görürəm. Əgər hakim qəza ilə bağlı məhkəmənin hazırlıq iclasının qapalı keçirilməsini istəyibsə, səbəbini əsaslandırmalıdır".

Xatırladaq ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-cu maddəsinə əsasən:

- Dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi səbəbləri istisna olmaqla, bütün məhkəmələrdə işlərə aşkar baxılır. Öz vəzifələrinin icrası zamanı hakimlər dövlət sirri ilə işləməyə qanunvericiliklə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar.

- İşlərə aşkar baxılması demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi baxımından, həmçinin digər xüsusi hallarla əlaqədar ədalət mühakiməsinin maraqlarına toxunarsa, məhkəmə baxışı və ya onun bir hissəsi qapalı keçirilə bilər.

- Məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı, həmçinin şəxsi və ailə hәyatının intim məsələlərinin qorunması məqsədi ilə məhkəmə baxışını qapalı keçirməyi tələb edə bilər. Məhkəmə işə qapalı məhkəmə iclasında baxılması barədə qərardadı işdə iştirak edən şəxsləri ilkin dinlədikdən sonra qəbul edir. Məhkəmə baxışının qapalı keçirilməsində işdə adı keçən şəxslər, onların nümayəndələri və vəkilləri iştirak edirlər. Zərurət yaranarsa, onların şahidləri, ekspertlər, mütəxəssislər və tərcüməçilər çağırılırlar. Qapalı məhkəmə baxışı mülki məhkəmə icraatının bütün qaydalarına riayət olunmaqla aparılır.
3-05-2024, 22:09
Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq.
3-05-2024, 22:08
Azərbaycanda daha bir məhkum həbsdə ölüb.
3-05-2024, 22:07
Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
3-05-2024, 22:05
TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb.
3-05-2024, 22:04
Xudatda məktəbli vəfat edib.
3-05-2024, 22:03
Rusiyanın Rostov vilayətinin Volqodonsk şəhərindən bir qədər aralıda gəmi kanalının sahilində iki kişi vəhşicəsinə qətlə yetirilib
3-05-2024, 22:01
Rusiyanın Kirov vilayətində 36 yaşlı qadın dostunun 35 yaşlı ərini qəbiristanlığa apararaq, özünə çuxur qazmağa məcbur edib və kürəklə döyüb.
2-05-2024, 22:16
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti bəzi yerlərdə 20-25 m/s-yə çatır.
2-05-2024, 22:14
Almaniyaya sığınan "söyüş müxalifəti" Azərbaycana təhvil verilə bilər – Mühüm açıqlama
2-05-2024, 22:13
Bakının Yasamal rayonunda 1990-cı il təvəllüdlü oğlu Kamran İsrafilovu qətlə yetirən 68 yaşlı Ramiz İsrafilovun məhkəməsi başa çatıb.
2-05-2024, 22:12
Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.
2-05-2024, 22:11
Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib.
28-04-2024, 12:14
Bu ilin I rübündə Gürcüstan Azərbaycana 23,4 min ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib.
28-04-2024, 12:13
Bakıda intihar hadisəsi olub.
28-04-2024, 12:12
Bu ilin I rübündə Türkiyə Azərbaycana 8 milyon 135 min ABŞ dolları dəyərində tütün ixrac edib.
27-04-2024, 12:19
Şimali Qazaxıstan vilayətində polis xidməti avtomobilində cinsi əlaqəyə girdiyi üçün işdən qovulub
27-04-2024, 12:18
Bakıda metronun "20 Yanvar" stansiyası yaxınlığında avtomobil yanır.
27-04-2024, 12:17
Müğənni Əli Mirəliyev Əməkdar artist Cavanşir Məmmədovun qəfil vəfatını məşhur aparıcı ilə əlaqələndirib.
27-04-2024, 12:16
Rusiyanın Sankt-Peterburq şəhərində 25 yaşlı Özbəkistan vətəndaşı sevgilisinin təkidi ilə kortəbii abort etdirib.
17-04-2024, 12:23
Paytaxtın üç rayonunun qaz təchizatında fasilə yaranacaq
17-04-2024, 12:21
Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovadan xəbər var.
12-04-2024, 13:52
MƏN ŞƏHİDƏM
11-04-2024, 19:13
Bakıda daha bir məhkum həbsxanada ölüb.
4-04-2024, 01:47
Martın 4-də saat 08:00-a olan məlumata əsasən ölkə ərazisində şimal-qərb küləyi əsir.
4-04-2024, 01:47
Martın 4-də saat 08:00-a olan məlumata əsasən ölkə ərazisində şimal-qərb küləyi əsir.
4-04-2024, 01:46
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
4-04-2024, 01:43
Kəlbəcərdə zəlzələ olub.