Nazir Anar Kərimov GUAM təşkilatının baş katibi ilə görüşüb
Şou-biznes
Oxunub: 170
15 Ekm 2021 | 00:26
Nazir Anar Kərimov GUAM təşkilatının baş katibi ilə görüşüb


Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov oktyabrın 14-də Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın baş katibi Altay Əfəndiyevlə görüşüb.

Görüş zamanı regional təşkilat olan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) çərçivəsində əməkdaşlığın əsas istiqamətləri və perspektivləri barədə müzakirələr aparılıb, fəal əməkdaşlıq əlaqələrinin qurulması, birgə fəaliyyətin genişləndirilməsi üçün imkanlar nəzərdən keçirilib.

Təşkilatın əhatə coğrafiyasına görə geostrateji önəmini qeyd edən Anar Kərimov GUAM-ın dayanıqlı sülhün və regional əməkdaşlığın inkişafı üçün, eləcə də Şərq və Qərb arasında bağlılıq, kommunikasiya baxımından əhəmiyyətli platforma olduğunu vurğulayıb.

Anar Kərimov təşkilatın həmçinin mədəniyyət dəhlizi rolunu oynadığını, quruma üzv ölkələr arasında əməkdaşlığın layihəyönümlü fəaliyyət istiqamətini gücləndirməklə daha da inkişaf edəcəyini deyib. Nazir Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib, layihənin əhəmiyyətini və mədəniyyət sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Qəbula görə təşəkkürünü bildirən Altay Əfəndiyev GUAM Katibliyinin üzv dövlətlərlə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün hər zaman dəstək göstərdiyini vurğulayıb. Təşkilata daxil olan ölkələrin ümumi maraqları çərçivəsində uğurlu nəticələr əldə etməsi üçün daha aktiv əməkdaşlığın vacibliyi qeyd olunub.

Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

Uguryolutv.Az

Aygün Məmmədova.
Nazir Anar Kərimov GUAM təşkilatının baş katibi ilə görüşüb
Nazir Anar Kərimov GUAM təşkilatının baş katibi ilə görüşüb
Dün, 12:14
Bu ilin I rübündə Gürcüstan Azərbaycana 23,4 min ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib.
Dün, 12:13
Bakıda intihar hadisəsi olub.
Dün, 12:12
Bu ilin I rübündə Türkiyə Azərbaycana 8 milyon 135 min ABŞ dolları dəyərində tütün ixrac edib.
27-04-2024, 12:19
Şimali Qazaxıstan vilayətində polis xidməti avtomobilində cinsi əlaqəyə girdiyi üçün işdən qovulub
27-04-2024, 12:18
Bakıda metronun "20 Yanvar" stansiyası yaxınlığında avtomobil yanır.
27-04-2024, 12:17
Müğənni Əli Mirəliyev Əməkdar artist Cavanşir Məmmədovun qəfil vəfatını məşhur aparıcı ilə əlaqələndirib.
27-04-2024, 12:16
Rusiyanın Sankt-Peterburq şəhərində 25 yaşlı Özbəkistan vətəndaşı sevgilisinin təkidi ilə kortəbii abort etdirib.
17-04-2024, 12:23
Paytaxtın üç rayonunun qaz təchizatında fasilə yaranacaq
17-04-2024, 12:21
Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovadan xəbər var.
12-04-2024, 13:52
MƏN ŞƏHİDƏM
11-04-2024, 19:13
Bakıda daha bir məhkum həbsxanada ölüb.
4-04-2024, 01:47
Martın 4-də saat 08:00-a olan məlumata əsasən ölkə ərazisində şimal-qərb küləyi əsir.
4-04-2024, 01:47
Martın 4-də saat 08:00-a olan məlumata əsasən ölkə ərazisində şimal-qərb küləyi əsir.
4-04-2024, 01:46
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
4-04-2024, 01:43
Kəlbəcərdə zəlzələ olub.
4-04-2024, 01:42
İmtahan saat 11:00-da başlayır.
4-04-2024, 01:40
Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.
4-04-2024, 01:39
Aprelin 5-də axşam şimal və qərb rayonlarından başlayaraq 8-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
4-04-2024, 01:25
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
3-04-2024, 14:56
Havaların dəyişkən keçməsinin səbəbi nədir? - AÇIQLAMA
3-04-2024, 14:55
Bank kartından oğurluq edilib.
3-04-2024, 14:54
Aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
3-04-2024, 14:53
Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun ekspertiza rəyi hazır deyil.
3-04-2024, 01:54
Rusiyanın Sankt-Peterburq şəhərində 10 yaşlı qız döyülərək Rauçfus xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Uşağın öz anası tərəfindən döyüldüyü iddia edilir.
3-04-2024, 01:45
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti artıb.
3-04-2024, 01:26
ABŞ-nin Texas ştatındakı müstəntiqlər 3 yaşlı uşağın bel çantasında təxminən 450 min dollar dəyərində narkotik tapıblar.
2-04-2024, 15:01
YAP-çı deputat Elman Nəsirov maaş və pensiyaların artırılacağı anonsunu verib.